2016-11-04
Azərbaycan kinematoqrafçılarının istehsalı olan “İçərişəhər” filmi Tallində keçiriləcək “Qara Gecələr” Film Festivalında nümayiş etdiriləcəkdir

Psixoloji-dram janrlı filmin müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, rejissor İlqar Safat, quruluşçu operator Luka Koassin (Luca Coassin, İtaliya), bədii rəhbəri Butunay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov və prodüseri Müşfiq Hətəmovdur.

Film bir gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edir.

Aparıcı rollarda Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zeki və Elmira Şabanova iştirak edirlər.

Filmin çəkilişləri Bakı şəhəri və Zaqatala rayonunda aparılmışdır.

Tallinn “Qara Gecələr” Film Festivalı cizgi filmləri, qısa filmlər, eləcə də uşaq / gənc filmləri ilə yanaşı bədii filməri özündə birləşdirən unikal tədbirdir. Festival Estonian auditoriyasını dünya kinosunun geniş seçim və müxtəlifliyi ilə tanış etmək, dost mühitində tamaşaçılar ilə dünya kinematoqrafçıları arasında qarşılıqlı təmasın təmin edilməsinə yönəldilib.

 http://2016.poff.ee/eng/films/programs/foorum/258940

növbəti xəbər əvvəlki xəbər